Ryazan vilayətində neft emalı zavodunda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə TASS Ryazan təcili tibbi yardım xəstəxanasının təcili yardım şöbəsindən istinadən məlumat yayıb. 

Bildirilir ki, xəstələr onlara orta-ağır vəziyyətdə gəliblər. Onlar travmatologiya şöbəsinə yerləşdirilib.

***08:49

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan vilayətinə neft anbarına PUA ilə hücum edib.  

"Unikal" TASS-a istinadən xəbər verir ki, hadisədən sonra ərazidə yanğın başlayıb. 

Ryazan neft emalı zavodunda baş verən yanğının sahəsi 100 kvadratmetrdir.