"Polşa Ukraynaya qoşun yeridərsə, oranı tərk etməyəcək. O, özünün hesab etdiyi torpaqları qaytarmaq istəyir".

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselevlə söhbətində bildirib.

O qeyd edib ki, Varşava bunu “Ukrayna-Belarus sərhədini örtmək” və ya Ukrayna hərbi kontingentini cəbhədə döyüş əməliyyatlarında iştirak etmək üçün azad etmək bəhanəsi ilə edə bilər. 

Rusiya liderinin sözlərinə görə, Varşava tarixən özünə məxsus hesab etdiyi əraziləri qaytarmaq istəyəcək.

Gülayə Mecid