Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.