“Dərman, dərman preparatları ilə bağlı dövlət böyük işlər görür”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, amma bir qutusu 73 manata olan “Sincardi” dərmanı artıq ölkəyə gəlmir: “Onun əvəzinə ölkəyə gətirdikləri dərman isə 230 manatdır. Yəni, vətəndaş 73 manat əvəzinə 230 manat verib, özünə dərman alıb qəbul etməlidir. Bunun qarşısını almaq lazımdır. Mən bir dəfə burada başqa dərmanla bağlı çıxış etmişdim. O məsələ həll olunmuşdu. Biz yenə də bu məsələlərdə insanlara kömək etməliyik. Bilmirəm, burada hansı şirkətlər oyunlar oynayır. Bir dərman əvəzinə 3 dəfə baha olan dərman gətirib satırlar".

Anar Kəlbiyev