"Dünya praktikasında olduğu kimi, bizdə də 3-dən daha artıq uşaqlar çoxuşaqlı ailə sayılsın".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

"Biz çoxuşaqlı ailə anlayşını 5-dən 3-ə endirsək, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın", - deyə deputat bildiirb.

Komitə sədri Musa Quliyev qeyd edib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır: "Uşaqların sayı üçə və dördə endirilməlidir. Bu məsələ işçi qaydada müvafiq icra hakimiyyəti ilə müzakirə edilir. Bununla bağlı pozitiv fikirlər var. Çünki əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır”.

Anar Kəlbiyev