"Hesab edirəm ki, iki cəhətdən qohum evliliyi doğru deyil. Bir sıra dövlətlərdə yaxın qohumların evlənməyi baş vermir. Məsələn, Rusiyada ikiqat qardaş-bacı deyirlər. Bacı-qardaş münasibətləri ola biləcək şəxslərin evlənməyinə doğru baxmıram".

Bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli deyib. Deputat təəssüflə bildirib ki, bir sıra xalqlarda, o cümlədən ölkəmizdə "göbək kəsdi" olur:

"Bəzən uşaq doğulandan valideynlər məsələni həll edir ki, qohum olacayıq. Belə şeylər var. Digər tərəfdən belə fikir var ki, yaxın qohumlar arasında fiziki qüsurlu doğulan uşaqlar əksəriyyət təşkil edir. Öz müşahidələrimdən deyə bilərəm ki, belə hallar var. Mənəvi-psixoloji və tibbi nöqteyi-nəzərdən qohum evliliyini doğru hesab etmirəm. Bu məsələnin  müzakirəsi zamanı hüquqi qadağaların qoyulmasından danışılıb. Burada bir az tərəddüd edirəm. Ona görə ki, cəmiyyət hələ buna hazır deyil. Bəlkə cəmiyyəti hazırlayandan sonra belə bir qayda və qanunun qoyulmasına ehtiyac yaranmayacaq. Böyük maarifləndirmə işi aparıla bilər".

Anar Kəlbiyev