Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittə qarşı açdığı məhkəməni uduzub.
"Unikal" xəbər verir ki, keçmiş cütlük arasındakı 2016-cı ildən başlayan şərab zavodu ilə bağlı məhkəmənin ilkin qərarı verilib. Colinin vəkilləri Pittin iddiasına etiraz etməyə çalışıblar. Ancaq məhkəmə bu cəhdi əsassız hesab edib.
Bildirilir ki, məhkəmə prosesi cütlüyün birgə şərab zavodunun payının rusiyalı oliqarx Yuri Şeflerə satılması ilə bağlı başlayıb.
Aktrisa ötən il ərindən xəbərsiz Şeflerlə sövdələşməyə girərək öz hissələrini ona satıb Coli Pittin ona 350 milyon dollar borcu olduğunu əsas gətirərək belə bir addım atdığını deyib.