"Çox az saylı tibbi xidmətlər istinsna olmaqla, bütün xəstəliklər icbari tibbi sığorta ilə qarşılanmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, insanlar arasında ən çox ölümə səbəb olan patologiyadan biri onkoloji xəstəlikdir: “Bu xəstəliyin icbari tibbi sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Problem dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunsa da, hələ də müsbət həllini tapmayıb. Səbəb isə onkoloji xəstələrin müalicəsinin yüksək maliyyə tutumu olması ilə izah edilir. İlk mərhələdə onkoloji xəstələrin ciddi şəkildə ehtiyac duyduğu şiş əleyhinə dərman vasitələri ilə təminatının icbari tibbi sığorta çərçivəsində qarşılanması mütləqdir. Çünki həmin dərman vasitələri olmadan onkoloji xəstələrin müalicə olunması mümkün deyil”.

Anar Kəlbiyev