2020-ci ildə Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar Bakı Teleqüllə Kompleksi ərazisində bir sıra qabaqlayıcı tədbirlərin görülməsi üçün layihələr hazırlanıb.

Bu barədə "Unikal"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

"Sözügedən layihələr üzrə işlərin yerinə yetirilməsi "Teleradio" İB-nin 2024-cü il satınalma planına daxil edilib", - deyə məlumatda qeyd olunub.