"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Elm və təhsil komitəsinin sədri, deputat Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, on minlərlə gənc peşə təhsilindən kənarda qalmaqla yanaşı, həm də iqtisadiyyatımız işçi qüvvəsi potensialını itirir: "Bu vəziyyət köklü surətdə dəyişdirilməlidir. Hesab edirəm ki, bu məsələyə yenidən baxılacaq və müvafiq qərarlar qəbul ediləcək".
Anar Kəlbiyev