Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetininin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu ilə görüşüb.
"Unikal" xəbər verir ki, ADNSU-da keçirilən görüşdə dosent Vazeh Əskərov qonaqlara universitetin tarixi, buradakı tədris və təhsil prosesi, müasir texnoloji yeniliklərin təhsilin inkişafına tətbiqi və yeniliklər haqqında ətraflı məlumat verib. Bildirlib ki, ADNSU-nun 18 ixtisas beynəlxalq akkretidasiyadan keçib və universitet QS reytinqində daha da ön sralara irəliləyib.
İkli diplom proqramlarından danışan dosent Vazeh Əskərov UFAZ-da verilən keyfiyyətli tədris haqqında da qonaqlara məlumat verib və bildirib ki, artıq bu ildən ADNSU ilə Böyük Britaniya Vorvik Universiteti magistr səviyyəsində ikili diplom proqramına start verilib.
Qardaş ölkənin Çanaqqala Onsəkkiz Mart Universiteti ilə əmkdaşlıqda maqraqlı olduğunu bildirən dosent Vazeh Əskərov əməkdaşlıq çərçivəsində görüləcək işlərin, həyata keçiriləcək layihələrin tez bir zamanda müsbət nəticə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu qonaqpərvərliyə görə təşəkkür edərək rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Qonaq qeyd edib ki, ADSNU ilə əməkdaşlıq etməkdə maraqlıdırlar və uğurlu nəticə üçün əllərindən gələni əsirgəməyəcəklər.
Beləliklə, iki qardaş ölkənin ali təhsil müəssisələrinin rəhbərlərinin görüşündə əməkdaşlıq əlaqələrin genişləndirilməsindən, perspektiv təhsil və elmi layihələrinin həyata keçirilməsindən bəhs olunub. Görüşün nəticəsi olaraq müzakirə olunan məsələlərin reallaşması istiqamətində gələcəkdə ADNSU ilə Çanaqqala Onsəkkiz Mart Universiteti arasında Əməkdaşlıq memorandumunun imzalanması qeyd olunub.