Bəzi prokurorluq orqanları məhkəməyə verilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, vətəndaş Yusupova Yelena Talqatova Nəsimi və Nərimanov rayon prokurorluqları ilə əlaqədar şikayəti ilə bağlı məhkəməyə müraciət edib.
Digər vətəndaş Namazov Bəhman Nadir oğlu isə Azərbaycan Respublikasının Baş Prokurorluğunu məhkəməyə verib.
Hər üç şikayət inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərlə bağlıdır.
Qeyd olunan məhkəmə işləri hazırda Bakı Apellyasiya Məhkəməsindədir. Məhkəmə proseslərinə müvafiq olaraq hakimlər-Pərviz Hüseynov, Xəyalə Cəmilova və Rəşid Səmədov sədrlik edəcəklər.
Seymur Əli