"Sumqayıt şəhərinə 2-ci əsas giriş - Saray qəsəbəsi tərəfdən olan körpü qəzalı vəziyyətdədir. Dəfələrlə mətbuatda məsələ işıqlandırıldıqdan sonra və çökmələr olduğundan körpünün üzərində olan işıqforun fəaliyyəti dayandırılıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.
"Nəzərə alsaq ki, körpünün altında dəmiryol qatarı keçir, körpü çökərsə, texnogen fəlakət ilə yanaşı insan tələfatı da baş verə bilər. Bu səbəbdən məsələyə həssas yanaşılaraq təcili tədbir görülməsini xahiş edirəm", - deyə deputat bildirib.
Anar Kəlbiyev