Pensiyaçılara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinətin verilməsi təklif edilir.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.
Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçılarin sosial müdafiəsini daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinət verilməsi imkanına baxılması yaxşı olar.
M.Quliyev eyni zamanda, şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyətinin götürülməsini təklif edib
Deputat çıxışında eyni zamanda Bakı-Gəncə Ağstafa sürət qatarından qərb bölgənin əhalisinin daha səmərəli istifadəsini təmin etmək üçün biri Bakıdan və digəri Ağstafadan səhər çıxmaq və axşam geri qayıtmaq şərti ilə bu xəttə hər gün 2 qatar buraxılmasını da tövsiyə edib.
Anar Kəlbiyev