“Bakcell” şirkətinə yeni ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktor təyin edilib.

"Unikal" xəbər verir ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.

A.Süleymanova "Bakcell"ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkətində (AZAL) Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, "Bakcell" şirkəti NEQSOL Holdingin tərkibinə daxildir.