İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Kadıköydə Kamal Sunal Muzeyinin açılışı olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu tərəfindən açılan muzeydə Sunalın həyat yoldaşı və oğlu da iştirak edib.
Muzeydə kino afişalarından tutmuş şəxsi əşyalarına, geyindiyi geyimlərə, 2000-ci ildə dünyasını dəyişən ustad sənətkarın xüsusi xatirə əşyalarına qədər bir çox əşyalar sərgilənir.