“Qafqaz əsiri və ya Şurikin yeni macəraları” filmində Nina obrazını canlandıran Xalq artisti Natalya Selezneva ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə 78 yaşlı sənətçi özü məlumat yayıb. O, üç gündür xəstəxanada olduğunu bildirib:
“Mən bir yerdə virus infeksiyasına yoluxdum. Xəstəxanada olmağım yaxşıdır, çünki məni evdə bu vəziyyətdən çıxarmazdılar. Nə vaxt evə buraxılacağım bəlli deyil".