Müğənni Lyubov Uspenskaya Rusiya vətəndaşlığı alıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a Uspenskayanın özü məlumat verib.
Bundan əvvəl Lyubov Uspenskaya uzun illərdir Rusiya Federasiyasında yaşayıb konsert proqramı ilə çıxış etsə də, ABŞ vətəndaşı olduğunu bildirib.
“Mən artıq Rusiya vətəndaşlığı almışam. Xoşbəxtəm ki, indi belə böyük dövlətin vətəndaşıyam... Mən Rusiyanı həmişə sevmişəm və düşünürəm ki, arzum gerçəkləşib”, – o deyib.