Qaxda minik avtomobili ağaca çırpılıb, iki qardaş xəsarət alıb. 

"Unikal"ın məlumatına görə, hadisə Qax-Qıpcax avtomobil yolunda baş verib.

Belə ki, minik avtomobili hərəkətdə olarkən maşının arxa şini partlaması səbəbindən idarəetməni itirib. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş rayonun Qaysarlı kənd sakinləri olan 1980-cı il təvəllüdlü Zahid Aydın oğlu Kərimov və 1983-cü il təvəllüdlü Natiq Aydın oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli