Xaçmaz rayonunun Yergüc kəndində yaşadığı evdə meyiti tapılan şəxsin kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə,  üzərində zorakılıq əlamətləri olan 1958-ci il təvəlludlu Səfurə Əlişah qızı Balacayevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Onun ilkin olaraq baş nahiyəsinə vurularaq qətlə yetirildiyi ehtimal edilir.

 Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

23:09

Xaçmaz rayonunda qadının meyiti yaşadığı evdə tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadının meyiti yaşadığı evdə aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca