Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib.

Bunu "Unikal"a DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

"İlkin baxış zamanı meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyən meyitin 1969-cu il təvəllüdlü Tahir Hüseynov  olması məlum olub. Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir", - deyə E.Qasımov bildirib.

***12:39

Gəncədə su kanalından naməlum kişi meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, meyit şəhərin Əbdülkərim Mehmandarov küçəsindən aşkarlanıb.

Belə ki, həmin küçədən keçən su kanalından orta yaşlı naməlum kişi meyiti tapılıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Tural Əhmədov