İlham Əliyev ilin dövlət adamı seçildi
21:44 15-05-2013
İQTİSADİYYAT
İlham Əliyev ilin dövlət adamı seçildi
Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalının keçirtdiyi sorğuda 270 mindən çox şəxs İlham Əliyevə səs verdi
Azərbaycan prezident İlham Əliyev Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilib.
Bu barədə "Ekovitrin"də verilmiş geniş yazıda jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondentin iştirak etdiyi bildirilib.
Jurnalda İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Nəşrdə dövlətimizin başçısının daxili və xarici siyasətinin uğurlu nəticələri şərh edilib.
Bu media qrupunun 2000-ci ildən buraxılan "Ekovitrin" aylıq jurnalı Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilib. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan "Ekovitrin" jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində "İlin adamları"nı seçir. 2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avrasiyada ilin siyasət adamı" elan olunub.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00