Sabir Rüstəmxanlı populist adlandırldı
21:45 15-05-2013
İQTİSADİYYAT
Sabir Rüstəmxanlı populist adlandırldı
Oqtay Əsədov: "Bakıda yeni Soyqırımı abidəsi qoyulacaq"
Milli Məclisin (MM) növbəti plenar iclası keçirilib.I clasın gündəliyinə 7 məsələ daxil edilib. Bunlar "Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında sazişə düzəlişlərin təsdiq edilməsi" haqqında qanun layihəsi, "Avtomobil yolları haqqında", "İcbari sığorta haqqında" qanunlara, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi və "Miqrasiya Məsəlləsi"nin layihəsidir.
Gündəlikdəki məsələlərin müzakirəsindən öncə çıxış edən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov yenidən Bakıda Soyqırımı abidəsi və muzeyinin yaradılması məsələsini qaldırıb. O, deyib ki, belə bir abidənin qoyulması çox vacib məslədir. Azərbaycana gələn rəsmi nümayəndələr Soyqırımına həsr edilmiş abidəni də ziyarət etməlidirlər.
Elman Məmmədovun sözlərinə görə, ermənilər özlərinin qondarma "soyqırımları"na artıq 50-ci illərdə abidə qoyublar.
"Biz isə nədənsə bu işdə ləngiyirik. Ulu öndərin verdiyi sərəncamda bu məsələ xüsusilə qeyd olunub ki, Bakıda Soyqrımı abidəsi və Soyqırımı muzeyi yaradılsın. Xocalı ilə bağlı abidə var. Amma yalnz ildə bir dəfə ziyarət olunur".
Deputat xahiş edib ki, rəsmi ziyarət protokollarına Xocalı soyqırımı abidəsinin ziyarət edilməsi də salınsın: "Bəzən deyirlər ki, bura gələn dövlətlərin nümayəndələri həmin soyqırımı tanımırlar. Tanımasınlar, ancaq biz təklif edək, gedərlər, lap yaxşı".
E.Məmmədov deyib ki, Soyqırımı abidəsi Şəhidlər Xiyabanında görkəmli bir yerdə ucaldılsa, yaxşı olardı.
"Gələn xarici nümayəndə heyətləri könülsüz olsa da, buranı ziyarət etməyə məcbur olacaqlar".
Təklifə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, artıq bu istiqamətdə işlər gedir, Bakıda böyük bir Soyqırımı abidəsi qoyulacaq.
"Yüksək səviyyəli bir komleks-layihə hazırlanır. Bu işlər gedir. Amma bu, bir günün işi deyil".
O.Əsədovun sözlərinə görə, həmin kompleksdə Xocalı soyqırımını əks etdirən abidə və muzey olacaq: "Kompleks hazır olduqdan Xocalı soyqırımı abidəsinin ziyarəti rəsmi protokollara salınacaq".
Xalidə Xalidlə
bağlı İranın spikerinə müraciət ediləcək
Milli Məclisin iclasında millət vəkili Fazil Mustafa İranda həbs olunan Azərbaycan vətəndaşı Xalidə Xalidin həbsinə münasibət bildirib və bu addımı kəskin tənqid edib. "İslami bir dövlətin ciddi əsas olmadan qadını həbs etməsi absurd bir məslədir". Deputat daha sonra təhsil haqqı məsələsinə toxunaraq bildirib ki, özəl və dövlət universitetlərinin tələbələri bu pulu ödəyə bilmirlər. "Çalışmalıyıq ki, gənclərimiz savadlı olsun və bu təhsil haqqı məsələsini həll etmək lazımdır".
Məclisin sədri Oqtay Əsədov İranda həbs edilən AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsdən azad olunması ilə bağlı İran parlamentinin sədri Əli Laricaniyə müraciət ediləcəyini bildirib. Onun sözlərinə görə, İranla Azərbaycan arasında parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir və bu qrupun üzvləri İrandakı həmkarlarına müraciət etməlidirlər: "Mən də öz növbəmdə İran parlamentinin spikerinə müraciət edəcəyəm".
"Şəhidlər Xiyabanının statusu dəyişməlidir"
Milli Məclisin iclasında deputat Zahid Oruc xarici qonaqların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı protokol qaydalarında dəyişiklik etməyi təklif edib. Millət vəkilinin sözlərinə görə, Şəhidlər Xiyabanı Azərbaycanın azadlığı uğrunda mübarizənin simvoluna çevrilib.
"Şəhidlər Xiyabanını ziyarət edən xarici qonaqlar ancaq onun yuxarı hissəsini ziyarət etməyə məcbur olurlar. Burada isə 20 yanvar qurbanları uyuyur. Amma arealı genişləndirməklə protokol qaydalarına yeni yerlər əlavə etmək lazımdır. Çünki Şəhidlər Xiyabınında Azərbaycanın azadlığı uğrunda şəhid olan 3 nəsil uyuyur, müharibədə şəhid olanlar, 20 yanvar qurbanları. Odur ki, protokol qaydasındakı natamamlığı aradan qaldırmaq lazımdır və Şəhidlər Xiyabanına xarici qonaqlar gələrək digər ərazidən də onların keçməsini təmin etmək lazımdır".
Zahid Orucun bundan başqa Şəhidlər Xiyabanında yatanlar barədə ingilis və digər əcnəbi dillərdə izah olunmasını da təklif edib.
"Bu sülhə içimdə
yanıram"
Zahid Oruc İranın bir sıra rəsmi dairələrinə yaxın portallarında Azərbaycana ərazi iddialarını qaldırmaq cəhdlərini pisləyib. Onun sözlərinə görə bir sıra İran saytlarında iranlı deputatlar Türkmənçay müqaviləsi ilə bağlı fikirlərini bildirir və bu müqaviləyə İranın tab gətirdiyini vurğulayırlar. "Halbuki Türkmənçay müqaviləsi və digər müqavilələrin təftiş olunması siyasi maraqlardan xəbər verir".
Zahid Oruc qeyd edib ki, bu gün "Gülüstan" müqaviləsinin iki yüz illiyi tamam olur. Deputat bildirib ki, Gülüstan müqaviləsinin iki yüz illiyi ilə bağlı ictimai müzakirələrin keçirilməsinə nail olmaq lazımdır və Azərbaycanda belə müzakirələr xalqın öz tarixini bilmək baxımından əhəmiyyəti xeyli artacaq. Milli Məclisin sədri Oqtay Əsədov Z. Orucun sözlərini maraqla qarşılayıb. Milli Məclisin sədri bildirib ki, İran tərəfindən qaldırılan bu məsələlər təxribatdır və bununla Azərbaycanı təxribata çəkmək istəyirlər. O, bu məsələlərə əhəmiyyət verməməyi çağırıb. "Gülüstün müqaviləsinə gəlincə Gülüstan sülhünə mən içində yanıram, ona görə bu sülh müqaviləsinə baxmağa çağırmıram", - deyə spiker vurğulayıb.
"Bizim televiziyalara
baxın, nə baş verir?"
Deputat Rəbiyyət Aslanova Soyqırımı abidəsi qoyulması təkliflərinə münasibətini açıqlayıb. O, deyib ki, əsas insanlara ürəklərdə abidə qoyulmasıdır.
"Biz Şuşanın işğalı günündə Zori Balayanın Şuşada rəqs etməsi, yanında orden-medallı generalların rəqsini ürək ağrısı ilə izlədik. Bunları görəndə fikirləşirsən ki, artıq fəaliyyət vaxtıdır. Onların orden və medalı bizim şəhidlərin qanıdır. Təkcə muzey yaratmaqla kifayətlənmək olmaz. Güclü vətənpərvərlik strategiyası yaratmaq lazımdır. Bəlkə də nasistlərdən misal çəkmək düzgün deyil. Amma yada salaq ki, 33-cü ildə hakimiyyətə gələn nasistlər şən əhval-ruhiyyəli mahnıların qadağan etdilər, yalnız marş səsləndirirdilər. Amma bizim televiziyalara baxın, nə baş verir? Gənclərimizi yalnız rəqsə, musiqiyə, müsabiqələrə cəlb etməklə nəyə nail olacağıq Yaxşı olardı ki, məktəbdən başlayaraq gənclər təşkilatlarının fəaliyyətini ayrı istiqamətə yönləndirək. Bu yaxınlarda Bakıda "Mini Azərbaycan" sərgisini izlədik. Bəlkə indi bir Şuşanın mini maketini yaradaq ki, uşaqlar gəlib o yerləri görsünlər, baxsınlar, anlasınlar ki, bu küçədən mən keçə bilərdim, bu, mənim evim idi, mən burada yaşamalıydım".
"Bu şəkilləri yayanlara
ar olsun!"
Milli Məclisin iclasında millət vəkili İqbal Ağazadə Müsavat başqanının oğlu Turqut Qənbərin həbsxanada çəkilmiş şəklinin ictimailəşdirilərək mediada yayılması məsələsini qaldırıb.D eputat bu addımın yolverilməz olduğunu vurğulayıb.
Aprelin 30-u Bakıda "Terrora yox!" şüarı ilə keçirilən aksiyaya görə inzibati həbs cəzası alan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, "Nida" Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və "Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadənin Bakı polisinin Binəqədidəki saxlama məntəqəsində müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotoları mətbuata ötürülüb.
"Bu cür fotoların KİV-ə sızdırılması, heç də yaxşı hal deyil. Bu fotonu kənardan hər hansı bir şəxs və ya jurnalist çəkə bilməz. Bu yalnız həbsxanada işləyən nəzarətçilər tərəfindən çəkilərək KİV-ə ötürülüb. Fotolar belə təqdim edilib ki, baxın, inzibati məsuliyyətə cəlb olunan gənclər aşağılayıcı işlərlə məşğuldurlar. Bu nə yaramazlıqdır, bu nə tərbiyəsizlikdir? Əgər məhkəmə kiminsə bir işə cəlb olunmasına qərar veribsə, hətta məhkəmə qərarı olmadan sən məhbuslara bir iş tapşırıb, onları hansısa bir işdə işlədirsənsə, bunu niyə cəmiyyətə yayırsan? Bu nə deməkdir? Bununla hara getmək olar? Sabah məhkumlara həbsxanada bir iş tapşırılanda o işi görməyəcək, özünü doğrayacaq ki, o işi görməsin, fikirləşəcək ki, həmin işdə çalışmasını çəkib yayacaqlar. Gənclərin fotolarının yayılması əslində kütləvi itaətsizliyə təşviq edən bir hadisədir. Bunu hüquq mühafizə orqanlarının əməkdaşları edib. Çünki təcridxanaya müxalifət daxil olmur, olanda da üstlərində fotoaparat, telefon aparatı olmur"-deyə İ.Ağazadə vurğulayıb.
Millət vəkili məsələnin araşdırılması üçün çağırış da edib. Deputat həmçinin bəzi xəbər portallarında siyasətçilərin karikaturalarının çəkilməsini də kəskin tənqid edib.
"Bu karikaturalar ədəbsiz şəkildə verilir. Karikaturaların kimlər tərəfindən yayıldığını bilirik. Bu yaxşı hal deyil. Bu cəmiyyətdə qarşıdurmaya xidmət edən bir məsələdir. Məsələ araşdırılmalı və qarşısı alınmalıdır".
Spiker Oqtay Əsədov isə deputatın sözlərinə münasibət bildirib. "Bu cür fotoların yayılması hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Buna hüquqi qiymət verilməlidir. Belə hərəkəti kim edibsə, ar olsun ona"-deyə gənclərin Binəqədidəki saxlama məntəqəsində müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotolarının yayılması barədə fikirlərini bildirib.
Milli Məclis sədri həm də İqbal Ağazadəni parlamentdə bu cür məsələ qaldırdığına görə təhrikçiliyə yol verməkdə ittiham edib.
"Məsələnin parlamentdə qaldırılması düzgün deyil. Belə halların qarşısının alınması üçün Milli Məcliddə qanun qəbul etməyə hazırlaşırıq".
Spiker Sabir Rüstəmxanlını populist adlandırdı
Milli Məclisin iclasında çıxış edən Sabir Rüstəmxanlı Azərbaycanı Cənubi Azərbaycanla bağlı problemlərə diqqət yetirməyə çağırıb.O nun sözlərinə görə, Cənubi azərbaycanlıların problemləri dövlət səviyyəsində müzakirə olunmalı və reaksiya verilməlidir. O, Azərbaycanı dövlət xətti ilə Güney Azərbaycandan tələbələri ali məktəbə çağırmaması və təhsil verməməsinə narazılıq edib. Bundan başqa o Güney Azərbaycan məsələsini prioritet məsələ kimi daim gündəmdə saxlmağa çağırıb. Sabir Rüstəmxanlının bu çıxışı spiker Oqtay Əsədov tərəfindən narazılıqla qarşılanıb.
Oqtay Əsədov bildirb ki, Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılıarı Konqresinin sədri olduğundan belə çıxışlar etmək onun borcudur: "DAK sədri kimi belə çıxışlar etmək sizin borcunuzdur. Amma ölkəmizi burda zəif dövlət kimi göstərmək qəti düzgün deyil. Azərbaycan özünün ilk mübarizəsini hələ ki, başa çatdırmayıb. Biz 15 istiqamətdə mübarizə aparmalıyıq?" O, millət vəkilini populist çıxışlar etməkdə günahlandırb. Siz populist çıxışlat etməyi öyrənibsiniz, dövlətimizi zəif göstərmək cəhdləri yolvedrilməzdir"-deyə spiker bildirb.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00