Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, martın 26-da saat 15 radələrində Biləsuvar rayonu ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
*** 16:14
Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb.
Araşdırılmalar aparılır.