Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində 2-ci oyununu keçirib.

"Unikal" xəbər verir ki, komanda bu dəfə evdə Cənubi Afrika millisi ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

"Qarabağ"ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin heyətində meydana çıxıb. 29 yaşlı yarımmüdafiəçi oyunda dubl edib. O, 22 və 70-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb. O, “FİFA series - Edition 2024” layihəsi çərçivəsində  ilk oyunda  - Boliviya ilə matçda da qol vurmuşdu. 

Əlcəzair - Cənubi Afrika- 3:3

Qollar: Yassin Benzia, 22, 70, Yasin Nəsr Eddin Brahimi, 53 - Temba Zvan, 34, 45+5, İqraam Reyners, 66