Xalq artisti Firəngiz Mütəllimova Danışır radio" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, aktrisa proqramda serialları tənqid edib.
"Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bunu çox xoş qəbul edirdim. Deyirdim ki, gör məni nə qədər çox istəyirlər. O “tərəzi” məsələsi... Tənqidi çox gözəl qəbul edirəm. Son zamanlar çəkilən seriallar bir-birinə çox oxşayır. Orada çəkilən eyni aktyorlar, simalardır. Mən seriallarla ümumiyyətlə işlərimi bitirmişəm. O vaxt o seriala çəkilərəm ki, tarixi bir əsər, ciddi çəkiliş olsun, yoxsa nəyinsə xatirinə istəmirəm. Son zamanlar çəkilən seriallar mənə cılız gəlir. Yerli serialları izləmirəm, baxmıram və mənə maraqlı deyil".