Qış fasiləsində “Neftçi” ilə yollarını ayıran Aaron Olanarenin yeni klubu bəlli olub.
"Unikal" xəbər verir ki, nigeriyalı hücumçu Norveçin “Molde” komandasına keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Son ölkə çempionu 30 yaşlı forvardla bu ilin sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Aaron Olanare mövsümün birinci yarısında “Neftçi”nin heyətində ümumilikdə 15 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.