"Barselona"nın baş məşqçi Xavi ilə bağlı apellyasiya şikayəti nəticəsiz qalıb.
"Unikal" İspaniya mətbuatına istinadən xəbər verir ki, qərarı İspaniya Kral Futbol Federasiyası qəbul edib.
La Liqanın XXIX turu çərçivəsində baş tutan derbidə - "Atletiko Madrid"ə 3:0 hesabı ilə qalib gəldikləri matçda qırmızı vərəqə alan mütəxəssis növbəti iki oyunu kənardan izləyəcək.
Bu isə o deməkdir ki, Xavi "Las Palmas" və "Kadis"lə görüşlərdə texniki zonada yer almayacaq. Bu qarşılaşmalar uyğun olaraq martın 30-da və aprelin 13-də gerçəkləşəcək.