"Real" futbolçuları Naço və Lukas Vazkeslə yeni müqavilələr imzalamağa hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə AS məlumat yayıb. Madrid təmsilçisi artıq 24 yaşlı müdafiəçi və 23 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib. Hər iki müqavilə 2025-ci ilin yayına qədər qüvvədə olacaq.
Həmçinin klubun Toni Kroosla sözləşməni uzatmağı planlaşdırdığı da bildirilib.
Gələn həftə hər üç oyunçu ilə müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlama gözlənilir.
Bu mövsüm Naço La Liqada 21 oyun keçirib.
Vaskes isə 22 oyunda 1 qol vurub, 2 qolun ötürməsini edib.