"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar".
"Unikal" xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib.
G.Əliyeva aparıcı Tarix Əliyevin (Tolik) "Qəzənfər Abbasovun tələbəsi olub" sözlərinə "Bilirəm, Şəbnəmlə münasibətimiz gözəldir. Hərənin bir yolu var" cavabını verib.
Ş.Tovuzlu isə sözügedən açıqlamanı yayımlayaraq "Gözəl sənətkar, xanım, təki hər zaman sizlər bizim haqqımızda fikir bildirin" sözlərini bildirib.