Ölümləri sənət aləmində dərin kədərə səbəb olan Merilin Monro və Hyu Hefnerin yaxınlığındakı məzarlar hərraca çıxarılır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdə yerləşən Monronun məzarının solunda dörd məzar boşdur. Belə ki, sözügedən boş məzarların dəyəri 680 min AZN-dir.
"Julien's Auctions" tərəfindən keçiriləcək hərracda Merilin Monronun "The Seven Year Itch" filmində və "The Misfits" filminin premyerasında geyindiyi paltar satışa çıxarılacaq.
Hərracda Elizabet Ardenin pomadası, Hefnerin pencəyi və ipək pijamaları da sərgilənəcək.
Bildirək ki, Hyu Hefner amerikalı naşir, “Playboy” jurnalının yaradıcısı və şef-redaktoru, eləcə də “Playboy Enterprises” şirkətinin banisi olub.
Gülayə Mecid