"Transfermarkt" portalı dünyanın futbol üzrə ən dəyərli “onbirliy”ini açıqlayıb.

"Unikal" xəbər verir ki, ulduz oyunçulardan ibarət heyətin ümumi qiyməti 1 milyard 245 milyon avro təşkil edib.

Dünya futbolunun iki önəmli siması – Lionel Messi ilə Kriştianu Ronaldunun adı siyahıya salınmayıb.

Qapıçı: Dioqu Koşta (“Portu”, Portuqaliya)

Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Vilyam Saliba ("Arsenal", İngiltərə), Nunu Mendeş (PSJ, Fransa)

Yarımmüdafiəçilər: Cud Bellingem ("Real Madrid", İspaniya), Rodriqo Ernandes (“Mançester Siti”), Deklan Rays (“Arsenal”)

Hücumçular: Kilian Mbappe (PSJ), Erlinq Holann ("Mançester Siti"), Vinisius Junior ("Real Madrid").