İngiltərənin "Liverpul" və "Nottingem Forest" klubunun sabiq futbolçusu Larri Lloyd vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə "Nottingem Forest"in mətbuat xidməti məlumat yayıb.
Keçmiş müdafiəçi 75 yaşında həyatla vidalaşıb.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 1976-1981-cü illərdə "Nottingem Forest"in uğurları üçün çalışıb. O, komanda ilə iki dəfə Avropa Kubokunu (hazırkı Çempionlar Liqası) və ölkə çempionatını qazanıb. Lloyd "Liverpul"la UEFA Kubokuna (hazırkı Avropa Liqası) sahib çıxıb və İngiltərə çempionu olub.