Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak ərizəsində maksimum oyunçu sayının artırılması təklifinə baxmağa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
Bildirilir ki, milli komandaların müraciəti 23 nəfərdən 26 nəfərə qədər genişləndirilə bilər. Bu məsələ ilə bağlı yekun qərar aprelin 8-də bütün komandaların iştirakı ilə keçiriləcək konqresdə veriləcək.
Avro-2024-ün final hissəsi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.