"Goal" nəşri yayda Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının favoritlərinin reytinqini tərtib edib.
"Unikal" xəbər verir ki, Fransa yığması "Avro-2024"ün favoritidir. İkinci yerdə Portuqaliya gəlir. İlk üç favoriti Belçika millisi tamamlayır.
Britaniyalılar dördüncü, Almaniya isə beşinci yerdədir.
İtaliya millisi reytinqdə yeddinci yerdədir. Almaniya və İtaliya arasında İspaniya qərarlaşıb.