"Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında "Oskar" qazanan ilk qaradərili aktyor Luis Qossett-balaca 87 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" onun qardaşı oğluna istinadən məlumat yayıb.
Onun sözlərinə görə, aktyor martın 28-i axşam Kaliforniyanın Santa-Monika şəhərində dünyasını dəyişib. Ölümün səbəbi barədə məlumat verilmir.
Qossett 1983-cü ildə ikinci plan aktyoru kateqoriyasında "Oskar"a üçüncü qaradərili namizəd olub və mükafatı "An Officer and a Gentleman" (1982) filmindəki roluna görə qazanıb. O, eyni filmdə ən yaxşı ikinci plan aktyoru nominasiyasında "Qızıl Qlobus Mükafatı"nı da qazanıb.
Aktyor "Oskar" qazandıqdan sonra bir neçə il alkoqol və narkotik asılılığından əziyyət çəkib və reabilitasiyaya daxil olub. 2010-cu ildə Qossetə xərçəng diaqnozu qoyulub.
2020-ci ildə aktyor COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.