2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvi Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirəcək.
"Unikal" xəbər verir ki, bu barədə İranın diplomatik mənbəyindən bildirilib.
"Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı ancaq ondan tələb olunmuşdur ki münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin", - deyə məlumatda qeyd olunub.
*** 20:58
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbədən "Tasnim"ə məlumat verilib.
Məlumata görə, artıq İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya gələcək.