Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları davam edir.
"Unikal" xəbər verir ki, günün növbəti oyunu Bakıda keçirilib.
"Kəpəz" Tofiq Bəhramov adına Respublika Stadionunda son çempion "Qarabağ"ı qəbul edib.
Qurban Qurbanovun yetirmələri 6:1 hesablı qələbə qazanaraq Premyer Liqanın bitməsinə 8 tur qalmış çempionluğunu rəsmiləşdirib.