Türkiyənin “Qalatasaray” futbol klubu “Qarabağ” FK-nı Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu olması münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə “Qalatasaray” FK “X” sosial şəbəkə platformasındakı hesabında paylaşım edib.

“Can Azərbaycanda çempion olan “Qarabağ” FK-nı təbrik edirik”, - deyə paylaşımda qeyd olunub.