Türkiyəli futbolçu Arda Gülər tezliklə karyerası ilə bağlı mühüm qərar verməli olacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçunun fiziki cəhətdən inkişaf etməsi lazımdır. Onun üçün hazırda "Real Madrid"də oynamaq çətindir. Buna görə də o, təkliflərdən birini dəyərləndirməlidir.
İndiyə qədər "Milan"ın Arda ilə maraqlandığına dair çoxlu xəbərlər yayılıb. Ancaq gənc oyunçunu rəsmən istəyən ilk klub Almaniya nəhəngi "Borussiya Dortmund" olub. Alman klubu futbolçunu almaq opsiyonu ilə icarəyə götürmək istəyir.
İtaliyalı baş məşqçi Ançelotti hesab edir ki, Arda vaxt qazanmaq üçün komandadan getməlidir.
Ağarza Elçinoğlu