Ağsuda iki nəfər dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Əli Bayramov küçəsində baş verib. Həmin küçədə yaşayan 1990-ci il təvəllüdlü Məmmədova Təranə Kəmaləddin qızı və 2013-cü il təvəllüdlü Osmanlı Ayan Amil qızı zəhərlənmə diaqnozu ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanada müayinə zamanı hər iki şəxsin dəm qazından zəhərləndiyi məlum olub. Xəstəxanada hər iki şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin qənaətbəxş oldugu bildirilir.
Seymur Əli