Martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

xxx

12:16

Sumqayıtda narkotik istifadəçisi olan 13 yaşlı yeniyetmə ölüb.

"Unikal" report-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Ə.Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb.

İlkin ehtimala görə, o, yüksək dozalı narkotik istifadəsindən sonra ölüb

Faktla bağlı araşdırma aparılır.