İndiyədək azad edilən ərazilərdə 16 kütləvi məzarlıq müəyyən edilib.
"Unikal" xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilən ərazilərdə axtarış, ekshumasiya, qazıntı işləri aparılmaqdadır.