Türkiyəli müğənni Hilal Özdemir karyerasında yeni səhifə açıb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, yerli idarəetmə orqanlarına seçkilərdə muxtarlığa namizəd olan Özdemir qalib gəlib.
Məşhur sənətçi mart ayının əvvəlində sosial media hesabında paylaşım edərək Kadıköyün Suadiyə rayonundan muxtarlığa namizəd olduğunu açıqlamışdı.
Özdemir qələbə xəbərini paylaşaraq "Hörmətli Suadiye sakinləri, 31.03.2024-cü il yerli seçkilərdə mənə və komandama səs verən və qalib gəlməyimizə kömək edən hər kəsə təşəkkür edirəm. Yeni dövrdə də sizlərlə birlikdə məhəlləmizə gözəl xidmətlər göstərməyə davam edəcəyik" yazıb.