Qazaxıstanın ən iri bankı olan “Halyk Bank” (Xalq Bankı) fevralın sonundan etibarən Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərməyi dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a maliyyə təşkilatının çağrı mərkəzinin əməkdaşı məlumat verib.
“Sonuncu dəyişiklik fevralın 27-də olub, “Mir” kartlarına artıq xidmət göstərilmir”, o bildirib.

Onun sözlərinə görə, bu həm bankomatlara, həm də POS terminallara aiddir. Bununla belə, agentliyin həmsöhbəti mövcud məhdudiyyətlərin səbəblərini açıqlamayıb.

Halyk Bank Qazaxıstanda sistem əhəmiyyətli kommersiya bankıdır, kapitalına görə respublikanın ən böyük banklarından biridir.