Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, siyasətçi bu barədə Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün Kiyev döyüş meydanında müəyyən uğurlar əldə etməlidir. Poroşenko Ukraynanın Avropa Birliyinə üzv olacağı təqdirdə Avropa Parlamentinə namizədliyini irəli sürmək niyyətini də açıqlayıb.

Ukraynada prezident seçkiləri bu il martın 31-də keçirilməli idi. Vladimir Zelenski seçkilərin indi “uyğun vaxt olmadığını” izah edərək kampaniyanı ləğv etdi. Onun sözlərinə görə, "ukraynalıların əksəriyyəti" seçkiləri "təhlükəli və mənasız" hesab edir.