"Rusiya Azərbaycan münasibətləri həssas məsələdir"
18:41 17-05-2013
İQTİSADİYYAT
"Rusiya Azərbaycan münasibətləri
həssas məsələdir"
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Prezident İlham Əliyev Avstriyada rəsmi səfərinə toxunaraq deyib ki, İlham Əliyevin Avstriyaya səfəri mühüm əhəmiyyət kəsb edir. Bilirsiniz ki, Avstriya Avropanın mərkəzində yerləşən nüfuzlu və inkişaf etmiş dövlətlərdən biridir. Prezident İlham Əliyevin bu ölkələyə səfəri bir daha onu göstərir ki, Azərbaycanın güclü tərəfdaşları var.
Bu səfər həm də iki ölkə arasında olan münasibətlərin daha da inkişaf etdiyini göstərir. Azərbaycan üçün belə ölkələrlə əməkdaşlıq etmək daha faydalı, keyfiyyətli və uzunmüddətlidir. Bu cür dövlətlər Azərbaycanla bütün sahələrdə səmərəli və səmimi qarşılıqlı əməkdaşlıq etmək istəyirlər. Bütün bunlar isə Azərbaycanı təmin edir. Onu da qeyd edim ki, hazırda Azərbaycanda 40-a yaxın Avstriya şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər Azərbaycanda həyata keçirilən çox böyük və mühüm layihələrin icrasında iştirak edirlər. Bütün bunlar isə Azərbaycan və Avstriya arasında mövcud olan ticarət dövriyyəsinin həcmini də artırır. Prezident İlham Əliyev Avstriyaya səfəri zamanı bu istiqamətdə də bir sıra görüşlər keçirib. Səfər zamanı keçirilən bütün görüşlərdə Azərbaycan Prezidentinə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə çox böyük diqqət və qayğı, isti münasibət göstərildi. Hesab edirəm ki, Prezident İlham Əliyevin Avstriyaya səfəri zamanı keçirdiyi görüşlər gələcək əməkdaşlığın daha da artmasına öz töhfələrini verəcək. Bu nöqteyi-nəzərdən mən qətiyyətlə bildirirəm ki, bu səfər çox əhəmiyyətli və uğurlu səfər idi. Burada xüsusi məqam isə ondan ibarətdir ki, Avstriyanın mütəxəssiləri, siyasi və biznes elitası, o cümlədən digər sahələrdə fəaliyyət göstərən tanınmış adamlar artıq Azərbaycan çox yaxşı tanıyırlar və ölkəmizlə əməkdaşlığa çox mühüm əhəmiyyət verirlər. Avstriya Azərbaycana mədəniyyət sahəsində də əhəmiyyət verir. Artıq 6-7 ildir ki, Avstriyada Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəylinin heykəli ucalıb. Bunun özü bir daha göstərir ki, Azərbaycan-Avstriya münasibətləri yüksək səviyyədə inkişaf edir.Şöbə müdiri daha sonra Rusiyanın baş naziri Dmitri Medvedyevin Azərbaycan neftinin nəqlinə dair müqavilənin dayandırılmasına sərəncam verməsinə də münasibət bildirib:-"Burada hər iki tərəf öz kommersiya maraqlarını nəzərə alıb. Bu cür addımın atılmasında Azərbaycan və Rusiyanın mövqeyi bir-birinə uyğun gəlir. Bu, adi prosesdir, müxtəlif ölkələr arasında əməkdaşlıqda bu cür hallar hər gün olur. İstənilən hər hansı layihənin nə vaxtsa sonu ola bilər və yeni layihələrə başlamaq olar. Beləliklə, əməkdaşlıq da davam edir. Bilirsiniz ki, Bakı-Novorosiysk boru kəməri ilə neftin ixrasına 1996-cı ildən başlanıb. Əslində, bunun dayandırılması ilə bağlı danışıqlar xeyli vaxt idi ki, gedirdi. Burada elə böyük problem yoxdur. İldə təqribən 2 milyon ton neftinin ixracı nə Rusiya üçün, nə də Azərbaycan üçün elə böyük gəlir deyil idi. Bütün bunlara görə də bu məsələni o qədər böyütməyə və şişirtməyə ehtiyac yoxdur. Bütün protokollara uyğun olaraq Rusiya tərəfi qərara gəlib ki, bu istiqamətdə neftin ixracı dayandırılsın. Bunun Azərbaycan üçün böyük problemi yoxdur. Sadəcə olaraq bu, iki ölkə arasında gedən adi prosesdir.
Bəzi dairələr bu addımı Azərbaycan-Rusiya münasibətləri kimi təqdim etməyə çalışırlar. Bu, qətiyyən belə deyil. Azərbaycan-Rusiya münasibətləri normaldır. Bu cür yalnış yanaşmalar aparan dairələr isə hesab edirəm ki, deyib-deyib dayanacaqlar".
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42