Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

“Unikal” xəbər verir ki, iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Bu il komissiya 700 dən çox müraciətə baxacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol- nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq. İlk iclasda 100-dən artıq müraciətə baxıldı.

Gərgin və məhsuldar müzakirələr aparıldı.

Növbəti iclas barədə məlumat sonra veriləcək

***

09:04

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, iclasda komissiyaya daxil olacaq müraciətlər araşdırılacaq.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçiriləcək.