"İrəvan əbəs yerə çoxəsrlik tarixə malik qədim erməni sivilizasiyasını bu gün işləri açıq-aşkar bərbad vəziyyətdə olan Avropa Birliyi ilə müqayisə edir". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda ” telekanalının efirində bildirib.

"Məni heyrətləndirən bilirsinizmi nədir? İndiki İrəvan hökuməti nə üçün qədim erməni sivilizasiyasını - Avropa demokratiyasından çox-çox əvvəl mövcud olmuş tarixi, mədəniyyəti, dövlətçiliyi ilə - indiki Avropa Birliyi ilə, həqiqətən də dalana dirənmiş birliyi ilə müqayisə edirlər? Onlar Avropa demokratiyası haqqında sözlər gətirəndə məhz bundan danışırlar”, - Zaxarova bildirib.

Martın 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, respublika Amerika Birləşmiş Ştatları və Avropanı özünün əsas tərəfdaşları hesab edir.