Xəbər verdiyimiz kimi, mart ayının 29-da iki erməni BQXK-nın müşayiəti ilə Qarabağı tərk ediblər

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, ər və arvad olan Qarabağ erməniləri Gorus rayonunda saxlanılıb. Ermənistan MTX Sarqis Qalstyanı casusluqda ittiham edərək həbs edib. 

"Başlanmış cinayət işi çərçivəsində həmin şəxs casusluqda ittiham olunub, həbs qətimkan tədbiri seçilib", - deyə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib. 

Qeyd edək ki, erməni KİV-də sözügedən şəxsin antiterror əməliyyatından sonra Xankəndi şəhərinə komendant təyin olunduğu deyilirdi. 

***13:15

Antiterror əməliyyatından sonra Xankəndi şəhərinə komendant təyin olunduğu deyilən Sarqis Qalstyan Ermənistana qayıdıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

O, Gorusda Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıb. Qarabağ ermənisinin saxlanılmasının səbəbi açıqlanmır. 

Ağarza Elçinoğlu